“Öləsiniz sizi, mən gəlirəm” – Hafiz Hacıyev Cəmil Həsənlini “xoruz baba” adlandırdı – VİDEO

27-03-2018, 09:17           

Prezidentliyə namizədlərin dəyirmi masadakı çıxışı zamanı Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev Əli Kərimli və Cəmil Həsənlini hədəf alıb.

teref.az Yenicag.az-a istinadən xəbər verir ki, Hafiz Hacıyev bildirib ki, demokratiyanı bəziləri anarxiya kimi qəbul edirlər:

“Bizə demokratiya dərsi deyən insanlar elə fon yaradırlar ki, namizədlər arasında guya müxalifətçi yoxdur. Müxalifətdən seçkilərdə mən iştirak edirəm və hökümətin bəzi üzvlərinə qarşı fikirlər səsləndirirəm. Bu gün meydanda böyüyüb, meydanda öləcək adamlar bizə dərs keçmək istəyirlər. Özünü idarə edə bilməyən cəbhəçilərin keçmiş bir sədri var idi, bizə deyir ki, orada yararsız adamlar oturublar. Yararsız adam sənin özünsən. Ona görə ki, sənin adını çəkməyə utanıram, çünki sən azlıqların nümayəndəsisən”.

Qeyd edək ki, Hafiz Hacıyev çıxışı zamanı Cəmil Həsənlini “xoruz baba” adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru