Qubad İbadoğlu:“Novruz Məmmədov keçid dövrünün baş naziri ola bilər”

22-04-2018, 13:14           
Qubad İbadoğlu:“Novruz Məmmədov keçid dövrünün baş naziri ola bilər”
“Novruz Məmmədovun baş nazir postuna təyinatını uğursuz hesab edirəm” .

Bu sözləri ADR Hərəkatının lideri, iqtisad elmləri doktoru Qubad İbadoğlu yeni baş nazirlə bağlı təyinatı “Amerikanın Səsi”nə şərh edərkən deyib.

“Bu təyinat islahatlarla bağlı gözləntilərin dəfnidir. İslahatçı baş nazir ölkədəki dəyişikliklər proqramına malik olmalı və onun aparılmasının məsuliyyətini üzərinə götürə bilən, komandaya malik olan müstəqil şəxs olmalıdır. Növruz Məmmədov islahat aparmaq üçün nə təşkilati qabliyyətə, nə təsərrüfatçılıq bacarğına, nə də ki, peşəkar iqtisadi biliklərə malik deyil”.

Onun sözlərinə görə, bu təyinat həm də əvvəlki siyasətin davam edəcəyinin bəyan edilməsi kimi qiymətləndirilməlidir. Q.İbadoğlunun fikrincə, bununla dövlət başçısı Nazirlər Kabinetinin əhəmiyyətini daha da aşağı saldı və baş nazir postuinun həmişə nominal olacağına fərman verdi: “Hakimiyyət daxilində qruplaşmaları nəzərə alsaq, Novruz Məmmədov keçid dövrünün baş naziri ola bilər. Qruplar arasındakı mübarizənin qalibi onu tezliklə əvəzləyə də bilər.”, – deyə iqtisad elmləri doktoru “Amerikanın Səsi”nə bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.