Notarius vətəndaşlıq vəziyyəti aktları barədə “Vətəndaşlıq Vəziyyəti Aktları” informasiya sistemindən məlumat əldə edəcək

21-06-2018, 08:58           

Notariat hərəkətlərinin aparılması üçün əsas olan vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair sənədlər barədə məlumat “Vətəndaşlıq Vəziyyəti Aktları” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə əldə edildiyi halda, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsdən tələb edilməyəcək.



APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə" qərarında əksini tapıb.



Eyni zamanda nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə barədə məlumat “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə edildiyi halda (etibarnamə üzrə səlahiyyətlər bütünlüklə digər şəxsə ötürüldüyü hal istisna olmaqla), həmin etibarnamənin nümayəndə tərəfindən təqdim edilməsi tələb olunmayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.