Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevin obyekti aşkarlanıb. Qlobal.az xəbər verir ki, obyekt icra başçısı Rafiq Quluyevin öz adına rəsmiləşdirilib. İcra başçısının sözügedən obyekti Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, giriş 610 ünvanında yerləşir.
Obyektin ümumi sahəsi sənəddə 48 kvadratmetr göstərilir.
Hazırda bu obyektin real bazar dəyərinin 300 min manat civarında olduğu deyilir.
Qeyd edək ki, 1997-ci ildən Xətai rayon icra hakimiyyətində müxtəlif vəzifələrdə çalışan Rafiq Quluyev 2019-cu ilin noyabr ayından icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yerli mediada Rafiq Quluyevin dəyəri milyonlarla ölçülən malikanəyə sahib olması barədə məlumatlar dərc edilib.
Rafiq Quluyevin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, giriş 610 ünvanında yerləşən obyekti nə zaman alması barədə Xətai rayon İcra Hakimiyyətindən mövqe öyrənmək mümkün olmadı.