“Azercell” buna görə də pul tələb edir – Foto

Bu gün, 15:28           
“Azercell” buna görə də pul tələb edir – Foto
“Azercell” yenə də haqsız qazanc yolundadır. Bu telekom haqsız ödəniş tələbləriylə abunəçilərin hüquqları pozur. Nömrəmin özümə məxsus olduğunu təsdiq edən sənəd üçün məndən pul tələb edirlər.

Tribunainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə şikayətçi Mahirə Əmiraslanova yazıb. O bildirib ki, hər ay “Azərcell”ə 2 manat məbləğində xidmət haqqı ödəməsinə baxmayaraq, telefon nömrəsinin ona məxsus olduğunu təsdiq edən sadə bir sənədin təqdim olunması üçün əlavə olaraq 5 manat ödəniş tələb edirlər:

“Bu, həm hüquqi, həm də etik baxımdan qəbuledilməzdir. Abunəçi olduğum halda, mənim hüququm olan bir məlumatın verilməsinə görə əlavə ödəniş tələb olunması əsassız və haqsız qazanc məqsədi güdür.

Mən bu cür davranışa etiraz edir, aidiyyəti qurumları – Rabitə və Yüksək Texnologiyalar Nazirliyini, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və digər müvafiq orqanları bu məsələyə müdaxilə etməyə çağırıram”.

Şikayətçi bildirib ki, “Azərcell” öz abunəçilərinin hüquqlarına hörmətlə yanaşmalı, şəffaflıq və məsuliyyət prinsiplərinə əməl etməlidir.

Qarşı tərəfin məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru