Tennis üzrə ABŞ Açıq çempionatı: Alkaras Sinneri məğlub edərək altıncı Böyük Dəbilqəsinə sahib oldu

Bu gün, 15:24           
Tennis üzrə ABŞ Açıq çempionatı: Alkaras Sinneri məğlub edərək altıncı Böyük Dəbilqəsinə sahib oldu
Dünyanın ikinci tennisçisi, ispaniyalı Karlos Alkaras ABŞ Açıq çempionatının final oyununda Peşəkar Tennis Assosiasiyasının (ATP) reytinq cədvəlinin lideri italiyalı Yannik Sinnerə qalib gəlib.

Oxu.Az xəbər verir ki, yarış Nyu-Yorkda keçirilib.

Qarşılaşma 6:2, 3:6, 6:1, 6:4 hesabı Alkarasın xeyrinə başa çatıb. Bu, onun karyerasında altıncı Böyük Dəbilqə titulu olub.

O, daha əvvəllər 2022-ci ildə keçirilən ABŞ Açıq çempionatında da qalib gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru