Hindistan-ABŞ gərginliyi: Dehli üçün asan olmayacaq..

Bu gün, 15:34           
Hindistan-ABŞ gərginliyi: Dehli üçün asan olmayacaq..
Hindistan rəsmiləri hesab edirlər ki, ABŞ-la gömrük rüsumları və Rusiyadan neft alınması məsələsindəki ixtilaflar, böyük ehtimalla, Nyu-Dehli və Vaşinqton arasındakı münasibətlərə uzunmüddətli perspektivdə zərər vuracaq.
Bu barədə “Nyu York Tayms” (NYT) qəzeti mənbəyə istinadən məlumat yayıb.
NYT qeyd edir ki, Nyu-Dehlinin ABŞ bazarını əvəzləməsi asan olmayacaq, çünki Hindistan ixracının təxminən 20%-i məhz bu bazara yönəlir. Bununla yanaşı, böyük daxili bazar, eləcə də Cənub-Şərqi Asiya, Yaxın Şərq və Avropa ölkələri ilə müxtəlif və genişlənən ticarət-iqtisadi əlaqələr Hindistanın Baş naziri Narendra Modiyə ABŞ-la qarşıdurmada özünə inam verir.
Qeyd edək ki, ABŞ 6 avqustda Hindistana qarşı əlavə 25%-lik gömrük rüsumu tətbiq edib. Bu qərar Hindistanın Rusiya nefti və neft məhsulları alışı ilə əlaqələndirilib. Bununla da Hindistan malları və xidmətlərinin idxalına qoyulan tariflər 50%-ə çatdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru