İşıq pulu aşağı salınır? – Deputat açıqladı

22-06-2018, 10:14           

Adətən qiymət məsələlərini Tarif Şurası həll edir və hələlik bu barədə rəsmi açıqlama verilməyib.

Bu sözləri Axar.az-a açıqlamasında növbəti aydan elektrik enerjisinin istehlakı üçün limitə qədər olan məbləğin 1-2 qəpik ucuzlaşaraq 5-6 qəpik, limiti keçdikdən sonra isə 12-13 qəpik həcmində müəyyənləşdiriləcəyi ilə bağlı yayılan qeyri-rəsmi məlumatı şərh edən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bildirib. Millət vəkili qeyd edib ki, yayılan məlumatdan xəbərdardır:

"Ancaq bu məsələ müzakirəyə çıxarılmayıb və gündəlikdə də belə bir məsələ qeyd olunmayıb. Ona görə də hazırda konkret söz demək olmaz".

Xatırladaq ki, Tarif Şurasının qərarı ilə elektrik enerjisinin 1 kVt/saat üçün pərakəndə satış tarifi sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kVt/saatadək olarsa, 7 qəpik, aylıq istehlak həcmi 300 kVt/saatı keçdikdən sonra isə hər kVt/saat üçün 11 qəpik təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru