Alimlərdən yeni açıqlama: “İtlər sözləri ayırd edə bilirlər”

20-10-2018, 00:03           
Alimlərdən yeni açıqlama: “İtlər sözləri ayırd edə bilirlər”
Atlantadakı Emori universitetinin alimləri elmi jurnalda yeni məqalə ilə çıxış ediblər. AzEdu.az Ölkə.az-a istinadən xəbər verir ki, alimlərin fikrinə əsasən itlər sözləri ayırd edə bilirlər və onların mənasını yadda saxlayırlar.
Tədqiqatçılar təcrübə aparıblar. Onlar könüllülərdən ev itlərinə adını çəkdikləri iki əşyanı gətirməyi öyrətməyi xahiş ediblər. Sonra isə bioloqlar itlərin sahiblərini laboratoriyaya dəvət ediblər və tapşırığı yerinə yetirən itin beynində hansı dəyişikliyin baş verdiyini yoxlayıblar. Məlum olub ki, itlər müxtəlif sözləri anlayırlar və onları müəyyən əşyalarla birləşdirirlər. Eyni zamanda üzə çıxıb ki, itin beyni ona tanış olmayan sözə daha aktiv reaksiya göstərib. İnsanlarda isə bunun əksi baş verir.



Alimlərin fikrinə əsasən, itlər eyni zamanda sahiblərinin danışığını başa düşmək üçün baxış, jest və emosiyadan da istifadə edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru