Azərbaycanda parlament seçkiləri və Ramiz Zeynalovun işçiləri

14-10-2015, 16:07           
Azərbaycanda parlament seçkiləri və Ramiz Zeynalovun işçiləri
Bu ilin noyabrın 1-də Azərbaycanda Milli Məclisə seçkilər keçiriləcək. Bütün Azərbaycan öz vəkillərini seçəcək. Bu günə qədər ölkə üzrə seçki dairələrindən 1400 nəfərdən çox iddialı vətəndaşın deputatlığa namizədliyi qeydə alınıb. Hər bir seçki dairəsi üzrə 9 nəfərin «Seçki məcəlləsi» ilə hüquqları tanınıb. Namizədliyi qeydə alınmış vətəndaşların toxunulmazlığı qanunlarla təsbit edilib. DSK və MnSK üzvlərinin seçkilər bitənədək rotasiya qaydası üzrə toxunulmazlıq imkanları tanınıb. Bununla belə ortada olan əsas faktorlardan biri də ondan ibarətdir ki, Azərbaycanın Yol Polislərinin seçki hüquqlarından, seçki qanunvericiliyi ilə təsbit edilmiş vətəndaşların toxunulmazlığından anlayışı belə yoxdur.

Məsələn GUNDEMİNFO.AZ-a müraciət edən bir deputatlığa namizədliyi qeydə alınmış şəxs avtomobilini idarə edərək namizəd olduğu seçki dairəsinə yola düşür. Yol Polisi əməkdaşı onu saxlayır və mülkiyyətində olan avtomobilini əlindən almaq istəyir. Deputatlığa namizədliyi qeydə alınmış vətəndaş da ona saatlarla sübut etməyə çalışır ki, toxunulmazlığı var və yalnız prokurorluğun təqdimatı ilə mülkiyyətində olan əmlakını əlindən ala bilər və ya cərimə duracağına apara bilər. Yol polisi ənənəvi olaraq heç orta statistik azərbaycanlı kimi düşünür və avtomobili duracağa aparmaq istəyir.

Burada qəbahət daha çox bir məqamdadır. Azərbaycanda hər il Dövlət Yol Polisi əməkdaşları üçün müvafiq olaraq ayrılmış büdcə vəsaitləri hesabına treninqlər, seminarlar keçirilməlidir. Ədalət naminə iddia edə bilərik ki, belə seminarlar hər il seçki öncəsi keçirilirdi. Hər il vətəndaşlar hesabına cərimə yazaraq 100 milyon manata yaxın vəsait toplayan DYP nədənsə bu il cərimələdiyi vətəndaşlarının,bütün ölkə vətəndaşlarının seçkilərlə bağlı hüquqları ilə bağlı maarivləndirilmədi.

Bu da GUNDEMİNFO.AZ-dan «Günün problemi»












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.