Timsah hər kəsin gözü qarşısında hovuza düşən qadını parçaladı - DƏHŞƏT...

17-01-2019, 21:24           
Timsah hər kəsin gözü qarşısında hovuza düşən qadını parçaladı - DƏHŞƏT...
İndoneziyada Merri adlı 700 kiloluq timsah özünə yemək verərkən hovuza düşən qadını parçalayıb. Qadının bədəninin bəzi hissələrinin hələ də timsahın qarnında olduğu bildirilib.

Moderator.az xəbər verir ki, bir mirvari fabrikinin laboratoriya müdiri olduğu bildirilən 44 yaşlı qadının bir qolunu qoparan və qarnını parçalayan timsah keyləşdirilərək sığınacağa yerləşdirilib. Qadının 4,4 metr boyu və 700 kiloqram çəkisi olan timsaha yemək verərkən hovuza düşdüyü bildirilib.

Fransız xəbər agentliyi "AFP" yə görə, polis səlahiyyətliləri qadının bədəninin bəzi hissələrinin hələ də timsahın qarnında olduğunu, timsahın və təsərrüfatın sahibi olduğu bildirilən Yapon iş adamının isə axtarıldığını bildiriblər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.