Liviya sahillərində qayığın batması nəticəsində ölənlərin sayı 117-yə çata bilər

20-01-2019, 09:52           
Liviya sahillərində qayığın batması nəticəsində ölənlərin sayı 117-yə çata bilər
Cümə günü Liviya sahillərində miqrantları aparan gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı 117 nəfərə çata bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Beynəlxalq Miqrasiya Təşkilatının italiyalı nümayəndələrinə istinadən "Rai News 24" telekanalı məlumat yayıb.

Bildirilir ki, İtaliya Hərbi Dəniz Qüvvələrinin vertolyotu ilə sağ qalaraq xilas edilən 3 nəfərin – iki sudanlı və bir qambiyalının sözlərinə görə, onlar Liviyadan cümə axşamı hava qayığı ilə çıxıblar və onun göyərtəsində 10 qadn və 2 uşaq, eləcədə bir körpə daxil olmaqla təqribən 120 nəfər olub. Qayıq 11 saat dənizdə üzdükdən sonra boşalıb və onun göyərtəsində olan insanlar batmağa başlayıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.