Əfqanıstanda qubernatorun karvanına hücüm olunub: 8 ölü

20-01-2019, 16:25           
Əfqanıstanda qubernatorun karvanına hücüm olunub: 8 ölü
Əfqanıstanın Loqar əyalətinin qubernatoru Ənvər İşakzayın karvanına hücum olunub.

Trend-in məlumatına görə, bu barədə polis rəsmisi Şapur Əhmədzay bildirib.

Onun sözlərinə görə, partlayıcı maddələrlə doldurulmuş avtomobil Kabildən Loqara gedən qubernatorun karvanına tərəf sürülüb və partladılıb. Baş verən partlayış nəticəsind əazı 8 nəfər həlak olub. Qubernatorun özü partlayışdan sağ çıxa bilib.

Bildirilir ki, hücuma görə cavabdehliyi "Taliban" radikal qruplaşması öz üzərinə götürüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.