Afinada mitinq zamanı Yunanıstan telekanalının çəkiliş qrupuna hücum olub

21-01-2019, 05:47           
Afinada mitinq zamanı Yunanıstan telekanalının çəkiliş qrupuna hücum olub
Afinada mitinq zamanı ekstremist qüvvələr Yunanıstanın ERT ictimai televiziyasının çəkiliş qrupuna hücum ediblər. Nəticədə hadisələri işıqlandıran teleoperator yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə telekanalın bəyanatında deyilir.

"ERT demokratiya və mətbuat azadlığına birbaşa zərbə olan zorakı hücumu şiddətlə qınayır. ERT əməkdaşları bundan qorxan deyillər. Əksinə, bu, onların Yunanıstan vətəndaşlarına həqiqi və plüralist məlumatlar çatdırmaq istəklərini daha da artırır", - deyə məlumatda bildirilir.

Bazar günü Afinada 60 min nəfərdən çox insan iştirakı ilə mitinq keçirilib. Mitinqçilər keçmiş Yuqoslaviya respublikası Makedoniyanın yeni konstitusiya adı barədə Skopye ilə imzalanan sazişə qarşı çıxıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.