Niaqara şəlaləsi güclü şaxta səbəbindən donub - FOTO

23-01-2019, 07:47           
Niaqara şəlaləsi güclü şaxta səbəbindən donub - FOTO
Niaqara şəlaləsi ABŞ-ın şimal-şərqindəki güclü şaxtalar səbəbindən donub.

"Report" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

"Elə soyuqdur ki, Niaqara şəlaləsinin adətən su püskürən hissələri donub. Turistlər gözəl görüntülərə heyrətləniblər", - deyə telekanal qeyd edib.

Sinoptiklərin proqnozlarına görə, gələn həftə ABŞ-da və Kanadada daha güclü soyuqlar olacaq.

Qeyd edək ki, Niaqara şəlaləsi bir müddət əvvəl də qismən donmuşdu. Kanadada və ABŞ-ın şimal hissəsində qeydıə alınan güclü şaxtalar şəlalənin qismən donmasına səbəb olmuşdu.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru