Deputat oğlunun ölüm səbəbi xizək qəzası deyilmiş - TƏFƏRRÜAT

25-01-2019, 12:27           
Deputat oğlunun ölüm səbəbi xizək qəzası deyilmiş - TƏFƏRRÜATMilli Məclisin deputatı Əsabil Qasımovun dünən İsveçrədə qış turizm mərkəzində xizək sürərkən vəfat edən 29 yaşlı oğlu Elçin Qasımovun ölüm səbəbi əslində qəza deyilmiş.

Bu barədə Modern.az saytına Milli Məclisin deputatı Əsabil Qasımovun yaxınları məlumat verib.

Bildirilib ki, mərhum Elçin Qasımov qəzaya uğramayıb, kanatla hərəkət edərkən yüksək qan təzyiqi yaranıb, sonra vəfat edib.

“Elçin İsveçrədəki qış turizm mərkəzindəki kanata minib. Kanatdan düşdükdən sonra isə onun vəziyyəti pisləşib. Dərhal həkimlər ona ilkin tibbi yardım göstəriblər. Bu zaman aydın olub ki, Elçin Qasımovun təzyiqi həddindən çox yüksəlib. Mərhumun ölümünə də səbəb məhz budur”.

Elçin Qasımovun subay olduğu da bildirilib.

Xatırladaq ki, dünən bir sıra mətbuat orqanlarında 29 yaşlı Elçin Qasımovun İsveçrədə xizək qəzasına düşməsi və hadisə nəticəsində ağır kəllə-beyin travması alaraq dünyasını dəyişməsi barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, Əsabil Qasımov 79 saylı İmişli seçki dairəsindən deputat seçilib. O, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru