«Sirli təyyarə» Venesueladan Moskvaya qayıtdı - Yenə sərnişinsiz
1-02-2019, 07:22
Venesuelanın paytaxtından uçan «Nordwind Airlines» şirkətinə məxsus Boeinq 777 təyyarəsi Moskvanın «Vnukovo» aeroportuna eniş edib. Bu təyyarə yanvarın 28-də Moskvadan Karakasa uçmuşdu – sərnişinsiz.
«FlightRadar24» saytının məlumatına görə, «VP-BJG» nomrəsi ilə qeydiyyata alınmış və Karakasdan uçan təyyarə «Vnukovo» limanına Moskva vaxtı ilə saat 11.21-də enib. Bu zaman onun Venesueladan hansı yükü gətirdiyi rəsmən məlum deyil.
«Novaya qazeta» xəbər verir ki, 500 nəfər sərnişinin yerləşə biləcəyi laynerin göyərtəsində sərnişin olmayıb. Bu zanman nəşr Venesuela Mərkəzi Bankının ölkədən 20 ton qızılı çıxartmaq niyyətinə diqqət yönəldir. Venesuelanın maliyyə naziri isə qızılla bağlı planı müzakirə etməkdən rəsmən imtina edib.
Rusiya XİN-də də qeyri-rəsmi reyslə uçan təyyarə barədə məlumatarı şərh etməkdən yayınıblar. «Novaya qazeta» ehtimal edir ki, təyyarə Venesuelaya məxsus qızılı Rusiyadan çıxardıb. Bu qızıl əvvəlcə Birləşmih Ərəb Əmirliklərində valyutaya dəyişdirilərək, Moskvaya sonra isə Karakasa çatdırılırmış.