Dilçilik İnstitutundakı qalmaqal haqda açıqlama: - “İdris Abbasovun dedikləri həqiqəti əks etdirmir”

18-04-2019, 19:03           
Dilçilik İnstitutundakı qalmaqal haqda açıqlama: - “İdris Abbasovun dedikləri həqiqəti əks etdirmir”
15 apreldə Hurriyyet.org saytında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, professor İdris Abbasovun açıqlaması gedib.

O bildirib ki, “Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasında şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasova şiddətli hücumlar olub. Buna “Dilçilik Ensiklopediyası”nın tərtibçilərinin məlum plagiat haqqında mediada işıqlandırdığı bəyanatı onun öz feysbuk səhifəsində yayması səbəb olub. Prof. İ.Abbasov “institutun maraqlarını nəzərə almamaqda və sirlərini yaymaqda” ittiham edilir.

İnstitutun direktoru Möhsün Nağısoylu, Terminologiya şöbəsinin müdiri və sözügedən “İzahlı Dilçilik Terminləri Lüğəti”nin əsas “müəllifi” Sayalı Sadıqova, Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva İ.Abbasovu “zərərli fəaliyyət göstərməkdə” təqsirləndiriblər”.

İnstitutun mətbuat xidmətindən bildirilir ki, İ.Abbasovun dedikləri həqiqəti əks etdirmir. Həmin günü Elmi Şurada İdris Abbasov iclasın gedişatını mobil telefon vasitəsilə çəkdiyi üçün mübahisə düşüb. Ona müəssisənin direktoru, akademik Möhsün Nağısoylu və şura üzvləri etiraz ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.