Feysbukdan İngiltərə radikallarına zərbə

19-04-2019, 07:36           
Feysbukdan İngiltərə radikallarına zərbə
Feysbuk sosial şəbəkəsi İngiltərədə nifrət təbliğ edən bir sıra qatı sağçı partiya və şəxslərin səhifələrini bağlayıb.

Teleqraf.com xəbər verir ki, aralarında Britaniya Milli Partiyası, İngilis Müdafiə Liqası, Milli Cəbhənin də olduğu sağçı qrupların səhifələri qapadılıb.

Bu təşkilatların üzvləri olan şəxslərin də səhifələrinin bloklandığı bildirilir. Feysbuk bu qərarı şiddəti yayanların əngəllənməsi siyasi çərçivəsində verdiyini açıqlayıb.

“Nifrət yayan, hücum edən və başqalarının dışlanmasına yönəlik çağırışlar səsləndirən şəxs və təşkilatlara Feysbukda yer yoxdur”, - deyə vurğulanıb.

Bu qadağa İnstaqramda da qoyulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru