Təqaüdçüdən İNANILMAZ rekord - 59 ilə 51695 pab ziyarət etdi

20-04-2019, 00:13           
Təqaüdçüdən İNANILMAZ rekord - 59 ilə 51695 pab ziyarət etdi
Böyük Britaniyalı təqaüdçü 51695 pivə pabını ziyarət etməklə unikal rekorda imza atıb.

Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 74 yaşlı Bryus Masters bu rəqəmə 59 il ərzində çatıb.

15 yaşından pivə aludəçisi olan Masters bu illər ərzinə 120.000 funt xərcləyərək 42.000 qədəh pivə içib. O, bütün bu statistiki rəqəmləri illər ərzinə öz gündəliyində və getdiyi məkanların məlumat lövhələrində qeyd edib.

“İl ərzinə 20.000 pivə barını ziyarət edirəm. Həftəlik bar xərclərim 40 funt təşkil edir”-, deyə 74 yaşlı təqaüdçü bildirib.

100 il yaşamağı hədəfləyən Bryus Mastersin göstəricilərini Ginnes Rekordlar kitabı komitəsi pablardakı məlumat lövhələri sayəsində qeydə alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru