Çikaqoda bir gündə 100 avtomobil oğurlanıb

20-04-2019, 02:24           
Çikaqoda bir gündə 100 avtomobil oğurlanıb
Çikaqoda bir gündə 100 avtomobil oğurlanıb.

"Report" xəbər verir ki, bu barədə "Usa.one" məlumat yayıb.

Məlumatda bildirilir ki, polis avtomobil oğurluğu ilə əlaqədar bir neçə nəfəri dindirir. Lüks və premium modelli yüzə yaxın avtomobil "Share Now" kirayə xidmətinin parkından oğurlanıb. Oğurlanmış maşınların əksəriyyəti müxtəlif modellərdən olan "Mercedes-Benz"lərdir.

Hadisə ilə əlaqədar xidmətin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Hüquq-mühafizə orqanlarınını əməkdaşları ehtimal edir ki, avtomobillərin heç olmasa yarısı hələ də Çikaqo ərazisindədir. Çikaqo polisinin nümayəndəsi Luis Aqostininin sözlərinə görə, faktla bağlı 10-dan çox şübhəli dindirilir. "CBS Chicago" isə 12 nəfərin saxlanıldığını xəbər verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru