9 şəxsin ölümünü planlayan 14 yaşlı məktəbli qızlar həbs olunub

20-04-2019, 20:26           
9 şəxsin ölümünü planlayan 14 yaşlı məktəbli qızlar həbs olunub
ABŞ-ın Florida ştatında 9 nəfəri öldürməyi planlanan iki 14 yaşlı qız saxlanılıb.
“BBC News”un xəbərinə görə, Eyvon Park orta məktəbinin şagirdləri sayılan bu qızları müəllimlərinin sayıqlığı ələ verib. Müəllim onlarda gələcək cinayəytlərin planının təsvir olunduğu qovluğu aşkar edib.

Həmin qovluqdakı 8 səhifəlik kağızda qızlar silahı necə əldə edəcəkləri, cinayət zamanı nələr geyinəcəkləri, qurbanlarının cəsədlərini harda gizlədəcəklərinə qədər hər şeyi yazıblar.

İstintaq zamanı qızlara qarşı artıq işlədilən 3 cinayət üzrə ittiham irəli sürülüb.

Xəbərdə müəllimin üzərində “Açmaq qadağandır, 11/9 layihəsi” adlı qovluğu aşkar edən zaman qızların isterik reaksiyasından şübhələndiyi və bundan sonra məsələni ortaya çıxardığı qeyd olunur. (Musavat.com)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru