Venesuelada silahlılar şənlik iştirakçılarına hücum edib, ölənlər və yaralananlar var 22-04-2019, 07:35 Venesuelada silahlı şəxslər şənlik mərasimi iştirakçılarına hücum ediblər."Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.Məlumata görə, hadisə Araqua ştatında baş verib. Hücum zamanı 9 nəfər öldürülüb, 2 nəfər yaralanıb.Polis bildirib hücum Pasxanı bayram edən ailəyə qarşı yönəlib. Quldurlar hücumdan sonra cinayətin izini ört-basdır etmək üçün evi yandırıblar.Hadisə zamanı 5 nəfəri xilas etmək mümkün olub. Hazırda polis şahidləri dindirir. Facebook-da paylaş