Qala divarlarına bitişik obyekt tikilir? - FOTOFAKT

22-04-2019, 12:42           
Qala divarlarına bitişik obyekt tikilir? - FOTOFAKT
Bakının tarixi məkanlarından hesab edilən və tarixi irs kimi qorunan Qoşa Qala qapısının yaxınlığında qala divarlarına bitişik obyekt inşa edilir.

Axar.az xəbər evrir ki, bu barədə məlumatı “Təmiz Bakı” səhifəsi paylaşıb.

Fotodan aydın görünür ki, yeni inşa edilən obyekt qala divarlarına bitişik formada tikilir. Tikintinin kimlər tərəfindən aparıldığı məlum deyil. İşlər yaxın günlərdə başlayıb və olduqca sürətlə aparılır.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə məsələ ilə bağlı sorğu göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru