"Gələcəkdən gələn" adam: "2030-cu ildə dünya ölkələri tək dövlət adı altında birləşəcək"

28-04-2019, 09:15           
"Gələcəkdən gələn" adam: "2030-cu ildə dünya ölkələri tək dövlət adı altında birləşəcək"
Gələcəkdən gəldiyini iddia edən bir nəfər britaniyalının dedikləri yalan maşınında sınaqdan keçirilib. 2045-ci ildən gəldiyini iddia edən Adam Arkon yoxlama müddətində bir neçə qəribə iddia ilə çıxış edib.

O bildirib ki, 2028-ci ilin avqustunda yadplanetlilər dünyaya gələcək, 2029-cu ildə isə insanların beyninə mikroçip yerləşdiriləcək və insanların beyin funksiyaları artacaq. Həmçinin, yadplanetlilərin varlığının 2028-ci ildən əvvəl təsbit edildiyini, yalan maşınının isə 1981-ci ildə ixtra olunduğunu bildirən adamın iddiaları maraqla qarşılanıb.

Onun ən maraqlı iddialarından biri isə, 2030-cu ildə dünya ölkələrinin tək dövlət adı altında birləşəcəyi olub.

Qeyd edək ki, yalan maşını da gələcəkdən gələn adamın iddialarını təsdiq edib.

Sputnik.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru