Rusiyada yeniyetmə bir ailəni qətlə yetirib, özünü öldürüb

19-08-2019, 00:00           
Rusiyada yeniyetmə bir ailəni qətlə yetirib, özünü öldürüb
Bu gün yerli vaxtla saat 11.00 radələrində Rusiyanın Ulyanovsk vilayətinin Patrikyeyevo kəndində şəxsi evdə üzərlərində zorakılıq əlamətləri olan 5 nəfərin - 66 yaşlı kişi, 69 yaşlı və 42 yaşlı qadınlar, o cümlədən 4 yaşlı iki uşağın meyitləri aşkarlanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, az sonra kənddə mobil rabitə qülləsinin yaxınlığında öldürülən şəxslərin qohumu olan 16 yaşlı yeniyetmənin meyiti tapılıb.

Rusiya İstintaq Komitəsi iki və daha artıq şəxsin qətlə yetirilməsi, o cümlədən maddi ziyan vurulması maddələri ilə cinayət işi açıb. İstintaq Komitəsinin versiyasına əsasən, yeniyetmə öncə həmin ailə üzvlərini qətlə yetirib, daha sonra özünü öldürüb.

Həmin yeniyetmə çoxuşaqlı ailədə böyük uşaq olub, bu il 10-cu sinfi bitirib. Oxuduğu məktəbdə onu müsbət xarakterizə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru