Erməni deputat- generalın oğlu tapança çıxarıb, atəş açdı – FOTO/VİDEO

6-09-2019, 10:28           
Erməni deputat- generalın oğlu tapança çıxarıb, atəş açdı – FOTO/VİDEO
Ermənistanda general Manvel Qriqoryanın oğlu atışmada iştirak edib.
Erməni KİV-nin verdiyi xəbərə görə, Armavir vilayətində iki sürücü arasında münaqişə yaranıb. Onların heç biri o birinə yol vermək istəməyib. Nəticədə general oğlu atəş açıb.
İnsident 30 yaşlı Koryun X. ilə 26 yaşlı Ara Q. arasında baş verib. Mübahisə zamanı Ara tapança çıxararaq, Koryuna tərəf atəş açıb, sonuncu, hadisə yerindən uşaqlaşa bilib.
Bundan sonra Ara Q. də “Hyundai” markalı avtomobili ilə aradan çıxıb.
Polis general oğlunu saxlayıb. Ara Q. “Kimar” markalı qaz tapançasını asayiş keşikçilərinə təqdim edib. Axtaış zamanı onun üzərindən bıçaq da tapılıb.
Mənbənin verdiyi xəbərə görə, Ara Q. Ermənistan parlamentinin sabiq deputatı, general Manvel Qriqoryanın oğludur.
Ara Q. şəhəri tərk etməməklə bağlı iltizam imzalayıb.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.