Bakıda dəhşətli hadisə: Çörəyin içindən çıxan sancaq qida borusuna ilişdi - FOTO

12-11-2019, 21:50           
Bakıda dəhşətli hadisə: Çörəyin içindən çıxan sancaq qida borusuna ilişdi - FOTO
Paytaxt Bakıda çörəyin içindən sancaq çıxıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Facebook” istifadəçilərindən biri məlumat verib. O, çörək zavodundan aldıqları məhsulun içindən sancaq çıxdığını bildirib. İstifadəçi qeyd edib ki, anasının ağzında protez diş olduğu üçün sancağı hiss etməyib. Daha sonra isə sancaq açıq vəziyyətdə qadının qida borusuna ilişib.

Bədbəxt hadisə ilə üzləşən qadın əvvəlcə Mərkəzi Klinikaya, daha sonra isə M.Ə. Əfəndiyev adına 2 saylı şəhər klinikasına aparılıb. Lakin hər iki xəstəxanada ona kömək edə bilməyiblər. Nəhayət, özəl xəstəxanaya çatdırılan qadın xilas edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru