Pediatrdan iyrənc əməl - 65 qıza təcavüz etdi/Foto/Video

26-12-2019, 03:52           
Pediatrdan iyrənc əməl - 65 qıza təcavüz etdi/Foto/Video
ABŞ-ın Marilənd əyalətində Ernesto Torres adlı 69 yaşlı pediatrın uşaqlıqdan 18 yaşınadək pasiyenti olan gənc qızı illərdir cinsi istismar etdiyi üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, 18 yaşlı qızın uşaqlıqdan bəri həkimi olmuş Torresin əməli barədə ata və anasına məlumat verəndən sonra valideynləri polisə şikayət edib.

İlk məhkəmə prosesində haqqında həbs qərarı çıxarılan həkimin çoxlu sayda qıza təcavüz etdiyi bəlli olub.

Uşaqlıqdan bəri cinsi istismara məruz qalan qız sonuncu dəfə müalicə məqsədilə evə gələn həkimdən nəhayət şikayət edib və araşdırma çərçivəsində daha 11 qızın ifadəsi alınıb. Torres müayinə zamanı qızın valideynlərinin evdə olmamasından istifadə edib, qız polisə şikayətində həkimin üstündə oturduğunu və tərpənə bilmədiyini söyləyib: "Üstümdə oturmuşdu, ağlamağa başladım".

Həkimin daha 65 qıza təcavüz etdiyi iddia olunur.

Sosial mediada pediatrın əməli sərt tənqid olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru