Meksikada Popokatepetl vulkanı püskürməyə başlayıb

26-12-2019, 05:00           
Meksikada Popokatepetl vulkanı püskürməyə başlayıb
Meksikanın orta regionunda, paytaxt Mexikonun 50 kilometr şimalında yerləşən Popokatepetl vulkanından kül püskürmələrinə görə ətraf ərazidə sarı təhlükənin ikinci dərəcəsi elan olunub.

Publika.az RİA “Novosti”yə istinadən xəbər verir ki, həmin tədbir əhalinin təxliyyəsini, yaxud əmək faəliyyətinin dayandırılmasını nəzərdə tutmur.

Belə ki, vulkanın kraterindən bir kilometrədək hündürlüyə kül və vulkanik qazların qalxdığı, 900 metrədək ətrafda vulkanik parçaların aşkarlandığı bildirilir.

Qeyd edək ki, ölkənin Milli Fövqəladə Halların Qarşısını Alma Mərkəzi (CENAPRED) ötən gün də kraterdən çıxan qaz və tüstünün xeyli dərəcədə artdığını, 110 zəif püskürmənin qeydə alındığını açıqlamışdı./Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru