Kişini güllələyib, restoranda yemək yeməyə davam etdi - VİDEO

9-01-2020, 16:19           
Kişini güllələyib, restoranda yemək yeməyə davam etdi - VİDEO
Restoranda "niyə baxırsan?” söhbəti qanla bitib. Hadisənin görüntüləri müəssisəyə quraşdırılmış kameralar tərəfindən qeydə alınıb.

Bu barədə "Vesti” xəbər verib.

Hadisənin ABŞ-da baş verdiyi bildirilir. Kadrlarda görünür ki, restoranda öz sifarişini gözləyən 24 yaşlı sürücü tanımadığı 21 yaşlı gəncin ona baxmasından əsəbiləşərək, əvvəlcə təhqir edib, sonra isə masasından duraraq ona yaxınlaşıb və onu yumruqlamağa başlayıb. Qarşı tərəf isə silah çıxarıb. Bundan sonra sürücü qaçıb.

Videoda onların müəssisədən çıxmaları və 21 yaşlı gəncin silahdan atəş açdığı görünür. Ümumilikdə yeddi atəş açılıb. Onlardan dördü hədəfə – sağ ayağa dəyib.

Silahlı gənc yenidən restorana qayıdaraq, yeməyinə davam edib və polislər gələndən sonra saxlanılıb.

O, hüquq mühafizəçilərinə bildirib ki, davanı o başlatmayıb, silahdan isə müdafiə məqsədilə istifadə edib.

Hazırda gənc məhkəmənin qərarını gözləyir.

Son məlumata görə, zərərçəkən yaxın xəstəxanaların birində əməliyyat olunub, həkimlər onun vəziyyətinin sabit olduğunu deyiblər.
7News.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru