Nərminin atası Bakıda ev istəmələrindən danışdı: - "Jurnalistlərin uydurmasıdır"

16-01-2020, 13:08           
Nərminin atası Bakıda ev istəmələrindən danışdı: - "Jurnalistlərin uydurmasıdır"
Tovuzda yandırılaraq öldürülən 10 yaşlı Nərmin Quliyevanın atası Şərif Quliyev həyat yoldaşının Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevadan Bakı şəhərində ev istəməsi məsələsinə aydınlıq gətirib.

KONKRET.AZ xəbər verir ki, o, bunun jurnalistlərin uydurması olduğunu bildirib.

“Belə bir məsələ yoxdur. Biz heç yerə ev üçün müraciət etməmişik. Bu, bəzi jurnalistlərin uydurub yazdığı xəbərdir”,– deyə Ş.Quliyev bildirib.

Əməkdaşımızın “Gələcəkdə belə bir müraciət etmək fikriniz var?”, – sualına o, belə cavab verib: “Hələ ki belə bir fikrimiz yoxdur”.

Daha sonra o, Bakıda ev olsa belə paytaxta köçmək fikirlərinin olmadığını da bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Nərminin anası Aynurə İsmayılovanın “News24.az” saytına videomüsahibəsində Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya Bakıda mənzil üçün müraciət etməsi böyük rezonansa səbəb olub.

Aynurə Quliyeva tərəfindən həmin fikirlərin səsləndirildiyi videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru