Hazırda limanda böyük həcmdə TIR-lar toplanıb - Bakı Limanı

11-03-2020, 12:30           
Hazırda limanda böyük həcmdə TIR-lar toplanıb - Bakı Limanı
Hazırda "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nda (Bakı Limanı) böyük həcmdə TIR-ların toplanması müşahidə edilir.

"APA-Economics"in məlumatına görə, bunu “Caspian European Club”ın Bakıda təşkil etdiyi Beynəlxalq “Transport B2B Forum”u çərçivəsində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktorunun müşaviri Tural Əliyev jurnalistlərə deyib.

Onun sözlərinə görə, buna səbəb koronavirusun (COVID-19) yayılması fonunda Türkiyə TIR-larına İran ərazisi ilə Türkmənistana keçidinə qoyulan məhdudiyyətlərdir.

"Yük axını baxımından bu, çox müsbət bir haldır. Bakı Lımanına keçid prosedurlarını asanlaşdırmaq məqsədilə çox gözləmədən TIR-ın o biri tərəfə keçməsi üçün bütün lazımi tədbirıəri həyata keçirilir", - deyə T. Əliyev qeyd edib.

Buna baxmayaraq, onun sözlərinə görə, koronavirusun yükdaşımalara mənfi təsiri də var ki, o da limandan keçən müəyyən tranzit yüklərin bəzi ölkələr tərəfindən qəbul edilməməsidir.

T. Əliyev onu da əlavə edib ki, ötən il liman üzrə konteyner, vaqon, avtomobil və sərnişin daşımalarında 11%-dən 50%-dək artım qeydə alınıb. Liman bu il də bütün istiqamətlər üzrə artım gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru