Azərbaycanda gündəlik neft hasilatı 10 min barel azalacaq – Proqnoz

12-03-2020, 00:00           
Azərbaycanda gündəlik neft hasilatı 10 min barel azalacaq – Proqnoz

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci il üçün Azərbaycanda gündəlik neft hasilatı üzrə proqnozunu açıqlayıb.

OPEC-in mart ayı üzrə hesabatında bildirilir ki, bu il Azərbaycanda gündəlik neft hasilatı 10 min barel azalacaq. Yeni proqnoza görə, 2020-ci ildə ölkədə gündəlik neft hasilatı təxminən 770 min barel təşkil edəcək.

Qeyd edək ki, OPEC-in öncəki hesabatında bu il Azərbaycanda gündəlik neft hasilatının 10 min barel artacağı və 800 min barel olacağı qeyd edilmişdi.

Hesabatda qeyd edilib ki, ötən il ərzində Azərbaycanda ortalama neft hasilatı 20 min barel azalaraq 790 min barel təşkil edib/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru