Abşeron rayon DYP şöbəsinin əməkdaşı, polis kapitanı ağır yaralanmış gəncin hıaytını xiilas etdi ....

14-03-2020, 19:45           
Abşeron rayon DYP şöbəsinin əməkdaşı, polis kapitanı ağır yaralanmış gəncin hıaytını xiilas etdi ....
Teref.az yazır ki, sosial şəbəkələrdə Abşeron rayon DYP şöbəsinin əməkdaşı, polis kapitanı Vasif Sadıqovun xidməti zamanı avtoqəzadə yaralanmış gəncin həyatını xilas etdiyi barədə paylaşım edilib. Teref.az olaraq onu oxuculara təqdim edirik:
Fotodakı Abşeron rayon DYP şöbəsinin əməkdaşı, polis kapitanı Vasif Sadıqovdur. O, dünən avtoqəzada ağır yaralanan 21 yaşlı gənci təcili tibbi yardıma çatdırıb. Lakin orada xəstənin xeyli qan itirdiyini deyib qəbul etməyiblər. Bundan dərhal sonra pofis kapitanı xəstəni "Semaşko"ya çatdırıb. Burada da xəstənin vəziyyətinin ağır olduğunu deyib qəbul etməyiblər. Polis kapitanı vaxt itirmədən gənci Travmatologiya İnstitutuna çatdırıb. Burada xəstəni əməliyyat edib yarasını tikiblər və qanaxma dayanıb. Xəstə özünə gələnə qədər polis kapitanı xəstəxanada gözləyib.
Belə polislərimizlə fəxr edirik...

Teref.az olaraq kollektivimiz adından Vasif bəyə təşəkkür edirik!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.