“Apple” yeni cihazlarını açıqlayıb

18-03-2020, 20:51           
“Apple” yeni cihazlarını açıqlayıb
“Apple” şirkəti “iPad” və “MacBook Air” seriyalarına aid yeni cihazlarını açıqlayıb.

Teref.az “Kommersant”a istinadən xəbər verir ki, yeni “iPad Pro” cihazı A12Z Bionic çipi, 8 nüvəli qrafikalı prosessor, 12 və 10 MP-lik iki kamera, LİDAR skanerilə təchiz olunub.

Yeni “iPad”ın daha bir xüsusiyyəti olan “Magic Keyboard” klaviaturası sayəsində cihazı noutbuk kimi bükmək olar. Birdəfəlik yüklənən enerji 10 saatlıq çalışması üçün kifayətdir.

ABŞ-da gələn həftə, klaviaturası isə may ayında bazara çıxarılacaq “iPad Pro” 11 düyümlük opsionda 799 ABŞ dollarına, 12,5 düyümlük versiyada isə 949 ABŞ dollarına satılacaq.

13 düyümlük “MacBook Air” isə 4 nüvəli “İntel Core i7” prosessoru, 2 Tb-lik SSD toplayıcı, “Magic Keyboard” klaviaturası ilə təchiz olunub və 999 ABŞ dollarına satışa çıxarılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru