Sabahdan dolların satış qiyməti tənzimlənəcək

10-01-2016, 13:34           
Sabahdan dolların satış qiyməti tənzimlənəcək
Yanvarın 11-dən vətəndaşların banklardan daha aşağı məzənnə ilə ABŞ dolları əldə etməsi mümkün olacaq.

Bu barədə modern.az-a kommersiya banklarındakı mənbələrdən məlumat daxil olub.

Məlumata görə, bununla bağlı Mərkəzi Bank tərəfindən kommersiya banklarına rəsmi məktub göndərilib.

Belə ki, artıq kommersiya bankları xarici valyutanın məzənnəsini sərbəst müəyyən edə bilməyəcək. Bankların müəyyənləşdirdiyi məzənnə ilə Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnə arasında 4 faiz fərq ola bilər.

Bu da o deməkdir ki, həftənin 1-ci günü vətəndaşlar kommersiya banklarından 1.62 manata da ABŞ dolları əldə edə biləcəklər.

Qeyd edək ki, bir gün öncə paytaxtın bəzi valyutadəyişmə məntəqələrində dolların alış-satış məzənnələri 1,83-1,87 AZN/USD-yə qədər yüksəlmişdi. Lakin Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta mübadiləsi əməliyyatları üçün yenidən marja (+/- 4%) tətbiq etməsi “exchange”lərin məzənnə siyasətini xeyli məhdudlaşdırıb.

Bu gün paytaxtdakı əksər valyutadəyişmə məntəqələtində 1 ABŞ dollarının alışı 1,55-1,56 manat, satışı isə ən yaxşı halda 1,6260 manata aparılıb.

Xatirladaq ki, Mərkəzi Bankın yanvarın 7-11-nə rəsmi məzənnəsi - 1,5642 AZN/USD-dir. Yəni bu günlərdə "exchange"lərdə dolların alış məzənnəsi minimum 1,5016 AZN/USD, satış məzənnəsi isə maksimum 1,6268 AZN/USD ola bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.