Qətlə yetirilən Qızıl Məryəmin göydələni ortaya çıxdı

10-01-2016, 16:44           

Bakıda övladı tərəfindən 43 bıçaq zərbəsi ilə öldürülən qızıl alverçisinin yeni biznes obyektləri ortaya çıxıb.

Bu barədə Axar.az-a ailəyə yaxın şəxslər tərəfindən məlumat verilib.

1988-ci il təvəllüdlü Günel Hüseynovanın amansızlıqla qətlə yetirdiyi anası Məryəm Nametzadə şəhərdə “Xəzər” mebel salonu və eyni adda restoranın da sahibi olub.

Onun qətlinə qədər hər iki ticarət məntəqəsi fəaliyyət göstərib. Hazırda obyektlərin işini davam etdirib-etdirmədiyi bilinmir. Həmin ticarət məkanlarının şəhərin hansı ünvanlarında yerləşdiyi açıqlanmayıb.

Bundan başqa, M.Nametzadə illər əvvəl paytaxtda göydələn tikdirib. Bu işdə ona mərhum əri, Qarabağ qazisi Mehman Hüseynov xüsusi köməklik göstərib. Onun sahib olduğu MTK isə artıq çoxdan təhvil verilib və sakinlər mənzillərində yaşayır.

Xəbərə görə, M.Hüseynov həyat yoldaşına yeni bina tikilməsində dəstək versə də, sonradan onların münasibətləri soyuqlaşıb və Qarabağ qazisi evi tərk etməli olub. O, uzun müddət tənha yaşayıb. Yeri gəlmişkən, M.Hüseynov “Fəryad” filmindəki qəhrəmanın prototipidir.

Onu da deyək ki, M.Nametzadənin “Atbaş” ləqəbli avtoritet İlqar Cəbrayılovun yaxın adamı olduğu deyilir. 2012-ci ilə qədər İ.Cəbrayılov M.Nametzadənin himayəçisi kimi tanınıb.

Qeyd edək ki, yanvarın 5-də M.Nametzadənin yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkarlanıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində cinayətin mərhumənin qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, bacısı oğlu, 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsi müəyyənləşib.

Ötən gün isə mərhumənin bacısı Fəxriyyənin də saxlanıldığı barədə xəbər yayılıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.