"Baku Electronics” sayta hədə qorxu gəlir - SAYTIN REDAKSİYASINA HƏDƏ DOLU ZƏNG

10-01-2016, 17:13           
"Baku Electronics” sayta hədə qorxu gəlir - SAYTIN REDAKSİYASINA HƏDƏ DOLU ZƏNG
Bugünlərdə 7News.az saytında "Baku Electronics”in mağazaları bağlanır" başlığı ilə yazı dərc edilmişdi.

Yazıda qeyd olunurdu ki, Azərbaycanda milli valyutanın məzənnəsinin sürətlə dəyərdən düşməsi məişət texnikasının satışı bazarında fəaliyyət göstərən yerli iri şirkətlərin fəaliyyətində problem yaradıb. Müşahidə olunan qlobal böhran artıq "Baku Electronics" şirkətinə ciddi təsir edib. Bundan sonra yazıda sırf bu istiqamətdə faktlı şəkildə təhlil gedir.

Məsələ ilə bağlı sonu ...94 94 olan nömrədən redaksiyamıza zəng gəlir. Özünü təqdim etməyən gənc ilkin mərhələdə hədə və təhqirlərlə dolu ifadələr işlətməyə başladı. Yazının istinadla verildiyini, KİV haqqında qanuna müvafiq şəkildə riayət olunduğunu "Baku Electronics"in reketinə başa salmağa çalışsaq da adam dediyindən dönmürdü.

Ən maraqlısı odur ki, zəng edən şəxs "prastoy vətəndaş" və mağazanın "fanat"ı olduğunu qeyd edirdi. Mağazanın yaranma tarixindən tutmuş filiallarına qədər bütün tarixçəni əzbər bilən və mağazaya dəxli olmadığını bildirən bu "prastoy vətəndaşın" tam səs yazısını və nömrəsini saytımızda dərc edəcəyik.
P.S. Nədənsə bu "prastoy vətəndaş"- lar axır vaxtlar həddən artıq çoxalıblar!
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru