Sürücü cərimələrini yoxlayan sistem "çökdü"

11-01-2016, 09:36           
Sürücü cərimələrini yoxlayan sistem "çökdü"
Yanvarın 10-da cərimələr və cərimə balları barədə məlumatları özündə saxlayan serverdə xəta baş verib.

Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin saytında cərimə və balı yoxlamaq istədikdə nəticə əvəzinə bu xəbərdarlıq yazılır: «Profilaktik tədbirlərlə əlaqədar hal-hazırda server müvəqqəti olaraq işləmir. Xahiş edirik, bir az sonra bir daha cəhd edəsiniz" (http://mia.gov.az/?/az/driverlicense/).

Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət Ödəniş Portalından da cərimələrə baxmaq mümkün deyil: "Daxili İşlər Nazirliyi ilə informasiya mübadiləsində xəta baş vermişdir. Təşkilatın servisi qeyri-aktivdir».

Həmçinin Asan Ödəniş Portalında da cərimə balları olan bölmə işləmir: "Xəta 1100: Xəta baş verdi".
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru