Naxçıvanda 3 generala qarşı şok həbs dalğası: DİN kimləri saxlayıb? - Adlar

13-01-2016, 12:25           
Naxçıvanda 3 generala qarşı şok həbs dalğası: DİN kimləri saxlayıb? - Adlar
Naxçıvan Muxtar Respublikasında yüksək rütbəli məmurların, generalların ən yaxın adamlarından ibarət mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib

Hüquq-mühafizə orqanlarındakı mötəbər mənbədən “AzPolitika.info”-ya daxil olan məlumata görə, Naxçıvan Daxili İşlər Nazirliyi 3 gün əvvəl MR-in keçmiş Milli Təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərovun qardaşı Əli Ələsgərov, MR Gömrük Komitəsinin sədri Asəf Məmmədovun qardaşı Yusif Babayev (Hansısa səbəbdən bu qardaşların rəsmi soyadları fərqlidir-red) və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçmiş ərzaq xidməti rəisi, təqaüdə çıxdıqdan sonra da Naxçıvan Ordusunun ərzaq təminatını həyata keçirən Fəxrəddin Quliyevi saxlayıb.

Əməliyyata şəxsən Daxili İşlər naziri, general-leytenant Əhməd Əhmədov başçılıq edib. Sonuncu şəxs Eldar Mahmudovun həmkəndlisi və yaxın dostu, eyni zamanda Əlahiddə Ordunun komandanı, general-leytenant Kərəm Mustafayevin ən inanılmış adamlarından biridir.

“AzPolitika”nı bu sensasiyalı hadisə ilə bağlı məlumatlandıran mənbə bildirib ki, Gömrük Komitəsinin sədri Asəf Məmmədov MR Ali Məclisinin sədri ilə danışmağa cəhd etsədə, hazırda həyat yoldaşının xəstəliyi ilə əlaqədar Türkiyədə olan Vasif Talıbov onun zənginə cavab verməyib. Bundan sonra A.Məmmədov qardaşına cinayət işinin açılmaması, cinayətin ört-basdır olunması üçün DİN-lə anlaşmağa cəhdlər edib.

Naxçıvanda 3 generalın ən yaxın ətrafından ibarət bu dəstənin ifşası əməliyyatının təşərrüatı və “üçlüyün” həbsinin motivləri ilə bağlı şokedici məlumatlar yaxın saatlarda yazıya əlavə olunacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.