Fuad Qəhrəmanlı saxlanıldı

23-07-2020, 20:56           
Fuad Qəhrəmanlı saxlanıldı
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Fuad Qərhrəmanlı saxlanılıb.

Bu barədə partiya fəalları məlumat yayıb. Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil. Lakin ehtimal olunur ki, Fuad Qəhrəmanlı 14-15 iyulda Bakıda orduya dəstək yürüşü zamanı baş verən xoşagəlməz olaylara görə saxlanılıb.

AXCP yetkililərinin bildirdiyinə görə, iyulun 14-dən bu yana 30 cəbhəçi saxlanılıb. Onlardan 12 nəfər barəsində cinayət işi başlanıb, 7 nəfər inzibati qaydada həbs olunub, digərləri isə sərbəst buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru