“AzerGold” ötən il yaranmış şirkətə buna görə 6 milyon manat pul ödəyəcək – Müqavilə bağlandı

24-07-2020, 17:48           
“AzerGold” ötən il yaranmış şirkətə buna görə 6 milyon manat pul ödəyəcək
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti “Buta Construction” QSC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Çovdar Filiz Emalı sahəsindən Ağyoxuş-Mərəh kəndi istiqamətində yolun tikinti-quraşdırma işlərinin satın alınması nəzərdə tutulub.

Müqavilənin məbləği 5 milyon 820 min 107 manatdır.

Bildirək ki, qalib şirkət elan edilən “Buta Construction” QSC 2019-cu ilin oktyabr ayında dövlət qeydiyyatına alınıb. Bu QSC-nin nizamnamə kapitalı 2 000 manatdır və qanuni təmsilçisi Hüseyn Əzimov Məhəmməd oğludur.

Onu da qeyd edək ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli Sərəncamına əsasən təsis edilib. “AzerGold” QSC ölkə ərazisində qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.