Yolda meyiti tapılan qadını öldürüblər – Qatil Bakıda saxlanıldı

31-07-2020, 00:07           
Yolda meyiti tapılan qadını öldürüblər – Qatil Bakıda saxlanıldı
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Hacıqabulda meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub.
Baş Prokurorluq Lerikdəki dəhşətli qətllə bağlı məlumat yaydı
Bu gün səhər saatlarında Bakı-Qazax magistralının 98-ci kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsində meyiti aşkar edilən Sabirabad rayonunun Cəngən kənd sakini, 1968-ci il təvəllüdlü Qubadlı Gülxar Tahir qızının öldürüldüyü məlum olub.

Teref.az APA-ya istinadla məlumatına görə, meyitin müayinəsi zamanı boyun nahiyəsində kəsilmiş-deşilmiş xəsarətlər aşkar edilib.

Araşdırmalar zamanı qətli törədən şəxsin Hacıqabul rayon sakini, 1988-ci il təvəllüdlü Fərəcov Hikmət Məhəmməd oğlu olduğu müəyyən edilib və o Bakı şəhərində saxlanılıb. Həmçinin adı çəkilən şəxsin Bakı şəhərində də bir nəfəri bıçaqla ağır yaraladığı bildirilir.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru