Dərbəndin başçısı Fuad Şıxıyev SAXLANILDI

31-07-2020, 11:34           
Dərbəndin başçısı Fuad Şıxıyev SAXLANILDI
Cinayətkar dəstə təşkilində şübhəli bilinən Dağıstanın Dərbənd rayonunun başçısı vəzifəsini icra edən Fuad Şıxıyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

bu barədə “TASS” respublikanının güc strukturlarındakı mənbəyinə istinadən xəbər verib.

Agentliyin həmsöhbəti danışıb ki, dəstə torpaq sahələrinin oğurlanması və satışı ilə məşğul olub. Qrupun hərəkətlərindən zərər 200 milyon rubl təşkil edib.

Şıxıyevi axtarışlar və dindirilmələr başa çatdıqdan sonra saxlayıblar. Yaxın günlərdə onunla bağlı qətimkan tədbiri seçiləcək.

Mənbə qeyd edib ki, ümumilikdə cinayət işi çərçivəsində təxminən altı nəfər saxlanılıb.

“Qafqazinfo”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru