Beyrutdakı partlayışda 3 mindən çox insan yaralanıb - RƏSMİ

5-08-2020, 00:00           
Beyrutdakı partlayışda 3 mindən çox insan yaralanıb - RƏSMİ
Livan paytaxtı Beyrutda baş verən dəhşətli partlayışda minlərlə insanın xəsarət aldığı bildirilir. Cebhe.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Hazırda bu sayın 3 min nəfərdən artıq olduğu deyilir. Rəqəmlərin dəqiqləşdirilməsi zaman tələb edir.

Səhiyyə naziri Məhəmməd Həsən bildirib ki, bütün xəstəxanalar yaralılarla dolub. Artıq yaralılar şəhərdən çıxarılaraq ətraf bölgələrdəki xəsətxanalara daşınır.

Çox sayda insan hələ ilk tibbi yardım almayıb. Buna görə də ölü sayının artacağı gözlənilir. Xatırladaq ki, partlayış bu gün liman rayonunda baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru