Düşmənin məhv edilən döyüş texnikasının siyahısı açıqlandı

1-10-2020, 00:42           
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı açıqlandı
Sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib.

Müdafiə Nazirliyindən Teref.az-a verilən məlumata görə, bu müddət ərzində düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

- 200-dək tank və digər zirehli texnika;

- 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

- 30 ədəd hava hücumundan müdafiə vasitələri;

- 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

- 5 silah-sursat anbarı;

- 110-dan artıq avtomobil texnikası;

- 1 ədəd “S-300” zenit-raket kompleksi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru