COVID-19-a yoluxmuş britaniyalı parlamentari qatardan istifadə etdiyi üçün partiyadan kənarlaşdırılıb

2-10-2020, 01:51           
COVID-19-a yoluxmuş britaniyalı parlamentari qatardan istifadə etdiyi üçün partiyadan kənarlaşdırılıb
Britaniya parlamentinin üzvü COVID-19-a yoluxmağına baxmayaraq, ictimai nəqliyyatdan istifadə etdiyi üçün partiyadan kənarlaşdırılıb.

APA-nın Britaniya bürosunun “Sky News”a istinadən verdiyi xəbərə görə, parlamentin üzvü Margaret Ferrier COVID-19 testinin müsbət nəticələnməsinə baxmayaraq, evə getmək üçün qatardan istifadə edib. Hadisənin məlum olmasından sonra M.Ferrier SNP-dən (Şotlandiya Milli Partiyası) müvəqqəti olaraq uzaqlaşdırılıb.

“Etdiyim bu davranış çox yanlış idi və buna görə üzr istəyirəm”, - deyə M.Ferrier etdiyi əmələ görə peşman olduğunu bildirib.

Xatırladaq ki, hazırda Britaniyada koronavirusa yoluxanların sayı 460 178 nəfərə, ölənlərin sayı isə 42 202 nəfərə çatıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.