Azərbaycan Ordusu ermənilərdən daha 5 hərbi texnika ələ keçirdi

3-10-2020, 21:41           
Azərbaycan Ordusu ermənilərdən daha 5 hərbi texnika ələ keçirdi
Cəbhədə gərgin döyüşlər davam edir. Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində düşmən yenə də geri çəkilib və hərbi texnikalarını ataraq qaçıb.

Hərbçilərimiz ermənilərin daha bir neçə hərbi texnikasını - 4 "KamAZ" və 1 "QAZ-54" markalı avtomobil hərbi qənimət kimi ələ keçirib.

Avtomobillərin içərisində erməni əsgərlərinə məxsus əsgər geyimləri, əsgər ləvazımatları, rabitə və digər mühüm hərbi vasitələr aşkar edilib.

Hərbi texnikaların hamısı işlək vəziyyətdədir. Qeyd edək ki, daha əvvəl düşmənin bir neçə hərbi maşını da qənimət olaraq ələ keçirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru