Araşdırmaçı jurnalist Xədicə İsmayıl Prezident İlham Əliyevlə həmrəy olduğunu bəyan edib.
Yenisabah.az xəbər verir ki, Ermənistanın işğal altında saxladığı torpaqlarımızın Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsindən ruhlanan Xədicə İsmayıl öz sevincini sosial şəbəkədəki hesabında nümayiş etdirib. O, Prezident İlham Əliyevin "İndi biz göstəririk kim-kimdir. Azərbaycan əsgəri onları iti qovan kimi qovur!" - fikrinin başlığa çıxarıldığı xəbəri paylaşaraq, "Bilmirəm, o mənimlə həmrəydir, ya mən onunla, amma həmrəyik" - deyə yazıb.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan cəmiyyətində fikir ayrılığı yoxdur. İqtidarlı-müxalifətli hər kəs işğal altındakı torpaqlarımızın Azərbaycan Ordusu tərəfindən azad edilməsini böyük sevinclə qarşılayır.